Red Bull Summer Edition

Arxadakı səhnədə DÖRD banka gizlətmişik
Tapa bilərsən onları?

  1. GİZLƏDİLƏN 4 BANKANI TAP
  2. QALİBİYYƏTİNİ TƏSDİQLƏ
  3. RED BULL SUMMER EDITION QAZAN
  4. LİMİT: GÜNDƏ 10 QALİB
BANKALARI TAP
0 / 4
DAVAM ET
0 / 4
MƏHSUL VƏ ŞİRKƏT ŞƏRTLƏR VƏ QAYDALAR

QAZANDIĞIN RED BULL BANKASINI ƏLDƏ ET

QEYDİYYATDAN KEÇ VƏ RED BULL PAYI SƏNƏ GÖNDƏRİLƏCƏK

QAZANDIĞIN RED BULL BANKASINI ƏLDƏ ET

QEYDİYYATDAN KEÇ VƏ RED BULL PAYI SƏNƏ GÖNDƏRİLƏCƏK

 

18 yaşdan yuxarı və şərtlər və qaydalar ilə tanış olduğumu təsdiqləyirəm.

Mən təsdiqləyirəm ki, bu kampaniya çərçivəsində əldə olunan şəxsi məlumatım Red Bull Group tərəfindən (i) həmin kampaniya çərçivəsində (ii) Məxfilik Siyasətində qeyd olunduğu şərtlərlə istifadə ediləcək.

 

Finish

RED BULL SUMMER EDITION BANKAN ARTIQ YOLDADIR

RED BULL

ŞƏRTLƏR VƏ QAYDALAR

İŞTİRAK ŞƏRTLƏRİ

 

İŞTİRAK ÜÇÜN HEÇ BİR ALQI-SATQI VƏ DİGƏR KOMPENSASİYA MƏCBURİ DEYİL. ALQI-SATQI QALİB GƏLMƏK ŞANSINI ARTIRMIR. 

 

BU YARIŞMADA İŞTİRAK EDƏRKƏN, EHTİYATLI OLUN VƏ SAĞLAM DÜŞÜNCƏYLƏ HƏRƏKƏT EDİN. ÖZÜNÜZÜN VƏ BAŞQALARININ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİN VƏ HÖRMƏTLƏ YANAŞIN. KİMSƏNİN ƏMLAKINDAN SUİ-İSTİFADƏ ETMƏYİN VƏ YA XƏTƏR YETİRMƏYİN. 

 

Bu Aksiyaya daxil olmaqla və iştirak etməklə, siz (“Siz”) bu İştirak Şərtlərinə (“Şərtlər”) əməl etməyə razılığınızı bildirirsiniz və aşağıdakı yararlılıq tələblərinin hamısına uyğun olduğunuzu təsdiq edirsiniz. Bu Aksiya bu Şərtlərlə və bütün qüvvədə olan qanun və qaydalarla tənzim olunur. 

 

Bu aksiya bacarıqların oyunu kimi hazırlanıb. Bu, tamamilə pulsuzdur və yalnız bu Şərtlərə (zaman-zaman düzəlişlər edilir) və bütün qüvvədə olan beynəlxalq, federal, dövlət, əyalət, yerli və regional qanun və qaydalara tabedir. 

 

1. TƏŞKİLATÇI

 

1.1 Bu Aksiya qanuni ofisi Am Brunnen 1 5330 Fuschl am See Avstriya ünvanında yerləşən Red Bull GmbH, onun təşkilatları (qanuni ofisi Raffles Place 80, #25-01 UOB Plaza 1, Sinqapur 048624 ünvanında yerləşən Red Bull Sinqapur Pte Ltd daxil olmaqla) tərəfindən Təşkilatçının əməkdaşlıq partnyorları, agentlikləri və xidmət provayderlərinin (“Təşkilatçı”) dəstəyi ilə idarə olunur. 

 

1.2 Əgər bu Aksiya bir və ya daha çox üçüncü tərəf platforması (platformaları) vasitəsilə idarə olunarsa, bu təqdirdə Aksiya üçüncü tərəf platformasına (platformalarına) bağlı olmur və üçüncü tərəf platforması (platformaları) tərəfindən təşkil edilmir, təsdiq edilmir və idarə edilmir, yaxud hər hansı formada üçüncü tərəf platforması (platformaları) ilə əlaqəli deyildir. Sizin üçüncü tərəf platformasından (platformalarından) istifadəniz bu cür saytda göstərilən şərtlərə və qaydalara tabedir. Sizin üçüncü tərəf platformasının (platformalarının) şərtləri və qaydalarına əməl edə bilmədiyiniz zaman, Təşkilatçı heç bir məsuliyyət daşımır.

 

 

2. AKSİYA (“Aksiya”)

 

2.1 Aksiyanın adı Red Bull Summer Edition – Bankaları Tap-dir.

 

2.2 Bu Aksiya iştirakçı ölkələrin çoxunda 11 iyun, 2019-cu il tarixində başlayacaqdır, yaxud bəzi xüsusi ölkələrdə daha gec tarixdə saat 12:00:00 –da başlayacaqdır (detallarla veb-səhifədə tanış ola bilərsiniz) və 01 iyul, 2019-cu il tarixində saat 12:00:00-da bitəcəkdir. Bütün müraciətlər son tarixdən əvvəl Təşkilatçı tərəfindən qəbul ediləcəkdir. Son tarixdən sonra alınan bütün müraciətlər avtomatik olaraq diskvalifikasiya ediləcəkdir. 

 

3. UYĞUNLUQ

 

3.1 Bu Aksiyaya daxil olmaq və mükafat üçün yararlı olmaq məqsədilə, Siz aşağıdakı yararlılıq meyarlarına uyğun gəldiyinizi göstərməli və zəmanət verməlisiniz: 

− Siz təsdiq edirsiniz ki, Siz giriş etdiyiniz zaman 18 yaşlı və daha böyük fiziki şəxssiniz, yaxud yaşadığınız ölkədə həddi-buluq yaşını keçmisiniz. 18 yaşına çatmamış şəxslər və ya yaşadıqları ölkədə həddi-buluq yaşına çatmayan şəxslər yalnız bu Şərtlərlə tanış olduqları və razılaşdıqları təqdirdə, valideyn və ya hüquqi nəzarətçinin aktiv nəzarəti altında bu Aksiyada iştirak edə bilərlər. 16 yaşa çatmamış şəxslərin bu Aksiyada iştirakına, yaxud Şəxsi Məlumatlarını (Sizinlə əlaqəli bütün məlumatlar, məsələn, Sizin əlaqə məlumatlarınız, Aksiya rəyləriniz və şəkillər) Təşkilatçıya ötürməyə və ya başqa formada təqdim etməyə icazə verilmir. Bizi öz Şəxsi Məlumatınızla təmin etmək könüllüdür; lakin əgər Siz bütün tələb olunan Şəxsi Məlumatınızı təqdim etməsəniz, bu zaman Siz Aksiyaya daxil edilməyəcəksiniz. 

 

− Aksiya yalnız aşağıda göstərilmiş bütün iştirakçı ölkələrin sakinləri üçün açıqdır və bu şərtlər yalnız onlara tətbiq edilir: Azərbaycan, Litva, Meksika, Niderland, Sinqapur, Cənubi Afrika, İsveçrə və Tayvan. Qeyd etmək istəyirik ki, əgər İştirakçıların milli və ya yerli qanunlar səbəbindən hüquqi cəhətdən Aksiyada iştirakına icazə verilmirsə, bu zaman Təşkilatçı məsuliyyət daşımır. 

 

− Təşkilatçının, onun baş idarəsinin, onun filiallarından hər hansının, asılı, agent təşkilatların, Aksiyanın hazırlanmasına cəlb olunan hər hansı şirkətin direktorları, məsul işçiləri və işçiləri, həmçinin professional məsləhətçilər, bu Aksiyaya cəlb olunan üçüncü tərəf xidmət provayderləri və reklam və promoşn agentlikləri, yaxud bu şəxslərin yaxın qohumları və onlarla eyni evdə yaşayan ailə üzvləri (qanunla əlaqəli olun-olmamasından asılı olmayaraq) bu Aksiyada iştirak edə və hər hansı mükafat uda bilməzlər. Seçim zamanı, Təşkilatçı məlumat bazasını nəzərdən keçirməklə bu şərtləri yoxlayacaqdır. MEKSİKA ÜÇÜN: Təşkilatçının, onun baş idarəsinin, onun filiallarından hər hansının, asılı, agent təşkilatların, Aksiyanın hazırlanmasına cəlb olunan hər hansı şirkətin direktorları, məsul işçiləri və işçiləri, həmçinin professional məsləhətçilər, bu Aksiyaya cəlb olunan üçüncü tərəf xidmət provayderləri və reklam və promoşn agentlikləri bu Aksiyada iştirak edə və hər hansı mükafat uda bilməzlər.

 

3.2 Təşkilatçı aşağıdakı müraciətləri qəbul etməyəcəkdir: (a) avtomatik olaraq kompüterdə hazırlanmış; (b) üçüncü tərəflər tərəfindən (Sizin xeyrinizə) və ya toplu olaraq hazırlanmış; (c) qeyri-dəqiq, dəyişdirilmiş, yenidən qurulmuş, saxta və ya saxtalaşdırılmış və ya (d) natamam. Təşkilatçının Sizin tərəfinizdən təqdim olunan elektron poçt ünvanını, yaşın sübutunu tələb etmək üçün Qəyyum tərəfindən verilən razılığı, şəxsiyyət və/və ya digər ətraflı məlumatları yoxlamaq hüququ vardır. Hər hansı mübahisə baş verərsə, bu zaman etibarsız elektron poçt ünvanı və ya qeyri-dəqiq yaş və yaşayış yeri məlumatları əks etdirən müraciətlər yararsız hesab ediləcəkdir. Çoxsaylı elektron poçt hesablarından və ya sosial media hesablarından istifadə etməklə, Siz bu Aksiyaya daxil edilməyəcəksiniz. Əgər Sizin bu şərtləri aldatmaq məqsədilə bir neçə elektron poçt hesabından və sosial media hesabından istifadə etdiyiniz aşkar olunarsa, bu zaman Sizin bütün daxil etdiyiniz məlumatlar diskvalifikasiya ediləcəkdir. 

 

4 . İştirak, Seçim prosesi və Mükafatlandırma qaydaları

 

4.1 Aksiyaya uğurla daxil olmaq üçün bankatap.redbull.com səhifəsinə daxil olmalı (Burada siz bütün  Şərtlər və Qaydalar, sistem tələbləri və oyunu necə oynamalı olduğunuz barədə təlimatlar əldə edəcəksiniz) və  verilən təlimatları addım-addım izləməlisiniz, buraya həmiçinin qeydiyyatdan keçmək üçün tələb olunan məlumatlar da daxildir. (Məs, Ad və E-mail ünvanı) 

Bundan başqa, əgər siz sosial şəbəkə vasitəsilə (Google+, Facebook, Twitter və s.) qeydiyyatdan keçirsinizsə, əlavə məlumatlar da lazım gələ bilər (Məs.: yaş və ya yer). 

 

4.2 Sayta daxil olub lazımi məlumatları daxil etdikdən sonra Promo aksiya dövrü ərzində Red Bull Summer Edition – Bankaları Tap oyununu oynamalı və 4 ədəd Red Bull Summer Edition bankasını tapmalısız. Hər dövr üçün 10 qalib nəzərdə tutulub. Bir dövr – bir gün ərzində bir neçə saat davam edir, 10:00-dan 21:00-a qədər. Bir iştirakçı ancaq bir dəfə qalib gələ bilər.

 

4.3 Hər dövrün 10 qalibi seçilir. Hər bir mükafatın ümumi dəyəri adambaşı 20 Avro limitini aşmayacaq. Hədiyyə çatdırıla və ya əvvəlcədən təyin olunmuş məntəqədən götürülə bilər. Hədiyyə: 1 ədəd Red Bull Summer Edition bankası.

 

4.4 Red Bull Summer Edition – Bankaları Tap təcrübəsi zamanı yerli Red Bull komandası qalibin elan olunduğu tarixdən etibarən 14 gün ərzində qaliblə əlaqə saxlayacaq. 

 

 

4.5 Seçim prosesinin bütün detalları üçün info.az@redbull.com ünvanına e-mail yazmağınız xahiş olunur. Əgər seçilmiş mükafat sahibi şərtlərlə uyğunlaşmırsa Təşkilatçı alternativ qalib seçəcək. Əgər siz diskvalifikasiya olunmusunuzsa, Təşkilatçının bu məlumatı paylaşmaq kim bir öhdəliyi yoxdur.

Nəticələrin təsdiq olunması üçün Təşkilatçı şəffaflığın təmin olunması və seçim prosesinin düzgün keçirilməsi öhdəliklərini üzərinə götürür.

4.6 Gecikmiş, düzgün və ya tam olmayan, korrupsiyalaşdırılmış və ya qüsurlu müraciətlər qəbul olunmayacaq. İtmiş müraciətlərə görə məsuliyyət daşınmır və göndərilmə prosesi sübut olunduğu halda da, müraciətlər qeydə alınmır. Müraciətlər geri çəkilə bilməz.

 

5 . Bildirişlər və Mükafatın Tələb Olunması

5.1 Aksiya müraciəti ilə daxil etdiyiniz əlaqə məlumatları mükafatlandırdığınız təqdirdə bildirişlər üçün istifadə olunacaq. Xahiş olunur, məlumatları dəqiq və düzgün daxil edin.

5.2 Təşkilatçı aksiya müraciəti ilə daxil edilən telefon nömrəsi və ya e-mail adresi vastəsilə  mükafat sahibi ilə əlaqə saxlayacaq. Bildirişlər vasitəsilə mükafat sahibi mükafatı necə tələb etməli olduğu ilə bağlı ətraflı məlumat əldə edəcək və mükafatın tələbi üçün 05 iyul 2019 –cu il tarixinədək vaxt veriləcək. Əgər mükafat sahibi uyğun deyilsə və ya onunla əlaqə saxlamaq mümkün deyilsə, yaxud verilən vaxt ərzində mükafatı tələb etməyibsə, Təşkilatçının mükafatı seçim prosesi əsasında seçilən növbəti uyğun namizədə təklif etmə hüququ vardır.

 

5.3  Mükafat şəxsidir və üçüncü şəxs tərəfindən tələb oluna yaxud ona keçə bilməz.

5.4 Mükafat sahiblərinin adı Təşkilatçının web-saytında paylaşıla bilər. Əgər siz qalibsinizsə Təşkilatçının sizin məlumatlarınızı ( ad, soyad, nikneym və s) paylaşmağı ilə razılaşırsınız.

 

5.5 Maksimum çatdırılma müddəti aksiyanın bitməsi və ya mükafatın tələb edilməsi tarixindən etibarən keçən 60 gündən çox olmamalıdır. Hər hansı səbəbdən gecikmə halı mükafat sahibinə bildiriləcəkdir.

5.6 Qanunla icazə verilmiş şəklində, Təşkilatçının hər hansı və ya bütün mükafatları sözügedən mükafatın dəyərinə bərabər və ya ondan yüksək dəyərdə olan mükafat(lar)la əvəz etmə hüququ vardır.

5.7 Xahiş olunur, nəzərə alın ki, şərtlərdə qeyd olunmadığı təqdirdə, heç bir səyahət və yaxud digər növ xərclər Aksiyada iştirak üçün ödənilməyəcəkdir. Heç bir pul alternativi təmin edilməyəcək və təltif edilən mükafatlar daşınmaz və qaytarılmazdır.

5.8 Mükafat sahibi istənilən mükafat ödəmələri, bütün vergilər (faiz və cərimələr daxil olmaqla) üçün səlahiyyətli vergi nümayəndələri qarşısında məsuliyyət daşıyır.

 

6.Təşkilatçının şərtləri dəyişmə və diskalifikasiya hüququ 

6.1 Qanunla icazə verilmiş şəkildə, sizin hüquqlarınıza təsir etmədən, əgər Təşkilatçının fikri Promo aksiyanı başqa bir mühüm hadisə və ya tədbirə görə təxirə salmaqdırsa, Təşkilatçının sizə və ya üçüncü şəxslərə(bilavasitə yaxud birbaşa) hər hansı itki və ya zərər üçün məsuliyyət və ya öhdəliyi yaranmadığı təqdirdə dəyişmək, tənzimləmək, düzəliş etmək və ya vaxtı uzatmaq hüquqları vardır. Hər hansı dəyişikliyi görmək üçün siz bizim saytımıza daxil olmalısınız.

6.2 Finalçıya verilən səslərin finalçının özü və ya üçüncü şəxs tərəfindən pulla alınması,stimullaşdırılması,yaxud hər hansı digər yollarla sövq edilməsi, İştirakçıların şərtləri oxumaması və saxtakarlıq etməsi yaxud hər hansı qeyri-qanuni davranış əsaslı şəkildə sübuta yetirilərsə, təşkilatçının Promo aksiya ərzində istənilən vaxt səsləri dayandırmaq və ya icazə verməmək, iştirakçını diskvalifikasiya etmək hüququ vardır. Təşkilatçının Promo aksiya haqqında bütün qərarları qüvvədədir və heç bir dəyişikliyə yol verilmir.

6.3 Qalib iştirakçının diskalifikasiya olunduğu təqdirdə, mükafatlandırma ləğv olunur və Seçim Prosesində uyğun digər namizədə ötürülür.

 

7.Ədalətli Oyun

Siz təminat verirsiniz/təsdiq edirsiniz ki, sizin müraciətinizdə/iştirakınızda digər bir şəxsin hüquqlarına xələl gətirən, siyasi bəyanatla əlaqədar, gizlilik, ictimailik yaxud mülki hüquqların tapdanması və ya məhdudlaşdırılmasına yol açan, brend və ya marka adı olan (Təşkilatçıya aid olan, özünün  məhdudiyyətli icazəsi ilə Promo aksiya məqsədləri daşıyan istifadə istisna olmaqla), müəllif hüquqlarını pozan, istifadə üçün lazımi hüquq, razılaşma və icazəniz olmadan daxil etdiyiniz, içində zərər verici, antipatik, təhlükəli, düzgün olmayan, nalayiq, açıq-saçıq, aqressiv, haqsız, ləkələyici, qaralayıcı məzmun olan, yaxud qeyri-qanuni, müraciət daxil edildiyi yerin (ölkənin) qanun və qaydalarına zidd material yoxdur. Promo aksiyanın üçüncü şəxs platformalarına keçdiyi təqdirdə, siz təminat verirsiniz/təsdiq edirsiniz ki, sizin müraciətiniz /iştirakınız üçüncü şəxs platformalarının şərtlərini pozmur. 

 

8.Hüquqların qrantı

8.1 Siz Promo aksiya ilə əlaqəli uyğun materialı Təşkilatçıya təsdiq edə bilərsiniz( kollektiv olaraq, “Giriş Materialları”). Giriş Materiallarında sizin (və ya başqasının) səsiniz, şəkiliniz, fotonuz, bəyanatınız, bioqrafik məlumatlarınız, performanslarınəz, adınız və s. ola bilər.

8.2 Promo aksiyada iştirakınız və mükafat qazanma imkanınızı nəzərə alaraq, siz, mümkün qədər geniş dərəcədə,uyğun qaydada Təşkilatçıya Giriş Materialları üçün hüquqlar verəcəksiniz. Hüquqların verilə bilməyəcəyi halda, siz Təşkilatçıya onun və bağlı qurumlarının saytlarında sosial medya da daxil olmaqla göstərilməsinə izn verilərək Giriş Materiallarını Aksiya məqsədlərinə görə istifadə etmək üçün dünya miqyasında, limitsiz, eksklyuziv, imtiyazlı, transfer edilə bilən lisenziya verirsiniz. Təşkilatçı Giriş Materialları ilə bağlı heç bir məxviliyə təminat vermir.Siz burada təminat verirsiniz ki, Giriş Materialı kimi yüklədiyiniz, təsdiq etdiyiniz, mübadilə etdiyiniz, yaxud sayt üçün əlçatan etdiyiniz materiallar təşkilatçı tərəfindən deyil, yalnız sizin tərəfinizdən yığılıb və idarə edilir. Giriş materiallarında daxil edilən məlumata dair hər hansı mülkiyyət hüququnu qorumaq yalnız sizin öhdəliyinizdədir, Təşkilatçı buna görə heç bir məsuliyyət daşımır. Siz açıq olaraq qəbul eвirsiniz ki, Giriş Materiallarına daxil olan siz və ya başqasının məlumatları marketinq materialları üçün istifadə etmək hüququ var.

8.3 Siz təqdim və təmin edirsiniz ki, Giriş Materiallarında olan və ya onlarla hər hansı əlaqəsi olan icraçı, təqdimatçı, müəllif və digər şəxslərdən  bütün lazımi hüquq, icazə və razılaşmalar düzgün və effektiv şəkildə alınıb.

8.4 Qanunla icazə verilmiş şəkildə, müvafiq qaydada,mükafat sahiblərindən Promo aksiya fəaliyyətlərində iştirak etmələri istənilə bilər, həmiçinin, Təşkilatçının hər bir mükafat sahibinin razılığı olduğu dərəcədə mükfat sahiblərinin ad və ünvanlarını, foto, audio və ya video formatda olan məlumatlarını promosyonal materiallarda istifadə etmək hüququ vardır. Təşkilatçı, lazım gəldikdə, mükafat sahibinin razılaşması üçün istək göndərəcəkdir. Siz açıq olaraq qəbul eirsiniz ki, Giriş Materiallarına daxil olan siz və ya başqasının məlumatları marketinq materialları üçün istifadə etmək hüququ var.

 

9. İnformsiyanın toplanması və məlumat məxviliyi

9.1 Sinqapur üçün: Təşkilatçı Promo aksiyanın, bizim sayt və applikasiyamızın idarə edilməsi,biznes təcrübələrimizin, məhsul və xidmətlərimizin inkişaf etməsi, şikayətləri nəzərə almaq, sizə Red Bull məhsulları və gələcək tədbirləri sizə məsləhət görmək (əgər bununla razısınızsa) üçün sizin şəxsi məlumatlarınızı toplayır. Şəxsi məlumatlar Şəxsi Məlumat Müdafiə Aktı 2012 və digər uyğun məlumat müdafiəsi qaydalarına uyğun olaraq toplanır. Tələb olunan Şəxsi Məlumatı tmin etmək icbaridir.Əgər siz tələb olunan şəxsi məlumatı təmin etməsəniz, Təşkilatçı sizi Promo aksiyaya daxil edə bilməz. Təşkilatçı sizin Şəxsi məlumatlarınızı Promo aksiya məqsədləri üçün Sinqapurda və ya başqa ölkədə (Avropa, Avstraliya, ABŞ və s. daxil olmaqla) yerləşən əlaqədar qurum və üçüncü şəxs data prosessorlara təqdim edə bilər(Bu cür açıqlığa razılığınız olmaqla). Lakin biz bunu edirikə, Şəxsi məlumatınızın uyğunluğuna əmin olmaq üçün müəyyən addımlar atırıq. Təşkilatçı yalnız Promo aksiya məqsədlərini yerinə yetirmık üçün lazımi olan və razılıqla təsdiqlənmiş məlumatları əlaqədar qurumlara və üçüncü şəxs məlumat prosessorlara təqdim edir. Təşkilatçı və əlaqədar qurumlar sizin Şəxsi məlumatlarınızı qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri görürlər. Əlavə məlumat, bizdəki şəxsi  məlumatlarınızı modifikasiya etmək və məxviliklə bağlı hər hansı narazılığı bildimək üçün bizim Məxvilik Siyasəti bölümümüzə keçin yaxud privacy@redbull.com e-mail ünvanı vasitəsilə Təşkilatçının Məlumat Müdafiəsi Ofisi ilə əlaqə saxlayın.

9.2 Burada, “ Şəxsi Məlumat” ifadəsi sizin adınızla bağlı bütün məlumatları əks etdirir (ifadə edir)

9.3 Təşkilatçı sizin Şəxsi məlumatlarınız ilə özü yaxud Red Bull Qrup vasitəsilə işləyə, yaxud da məlumatları bütün müvafiq məlumat qorunması qaydalarına uyğun şəkildə xarici məlumat prosessorlarına işlədə bilər.

9.4 Təşkilatçı sizin razılığınız olmadan Şəxsi məlumatlarınızı üçüncü şəxslərə ötürməyəcəkdir. Şəxsi məlumatlar satılmayacaq yaxud kiralanmayacaq.

Təşkilatçının Şəxsi Məlumatları Promo aksiya ilə əlaqəli olaraq xarici məlumat prosessorlarına ötürməsi zərurəti yarandığı halda Təşkilatçı yalnız müvafiq şərtlər altında tapşırıqları yerinə yetirmək üçün lazım olan məlumatları ötürəcək. Belə hallarda, Təşkilatçı bizim partnyorlarımızın məlumatları Aksiya məqsədləri üçün düzgün və bütün məlumat müdafiəsi qanunlarına uyğun şəkildə istifadə etməsini, müvafiq tapşırıqlar yerinə yetirildikdən sonra məlumatların dərhal silinməsini tələb edir və buna əməl olunduğundan əmin olmaq üçün lazımi tədbirlər görür. Xahiş olunur nəzərə alın ki, Təşkilatçı bu öhdəliyə əməl olunması ilə bağlı tam kontrola sahib deyil və Red Bull partnoylarının mümkün qeyri-qanuni aktlarına qarşı məsuliyyət daşımır.

9.5 Təşkilatçı qlobal fəaliyyət göstərirsə, bu o deməkdir ki, Təşkilatçı bütün müvafiq məlumat müdafiəsi qanunlarına uyğun olraq, sizin Şəxsi məlumatlarınızı Avropa Ekonomik Ərazisi xarici də daxil olmaqla başqa ölkələrə ötürə bilər.

9.6 Şəxsi məlumatlar yalnız Promo aksiya ilə əlaqəli məqsədlərə görə istifadə olunacaq və yalnız Təşkilatçı, əlaqədar qurumları və icbari data icraçıları tərəfindən yalnız Promo aksiya ilə birbaşa və bilavasitə əlaqəli tapşırıqları yerinə yetirmək üçün götürüləcək. Promo aksiyanın nəticəsindən sonra mükafatların bölünməsi, vergi yaxud digər qanuni məsələlərlə bağlı müəyyən vaxt tələb oluna bilər.

9.7  Təşkilatçı və onun icbari data icraçıları sizin Şəxsi məlumatlarınızı təhlükəsiz şəkildə istifadə edəcək və mılumatların qorunması üçün müvafiq təhlükəsizlik tədbirləri görəcək.

9.8 Red Bull 16 yaşdan aşağı şəxslərin Şəxsi məlumatlarını istifadə etmir.

9.9 Mükafat sahiblərindən Promo aksiya fəaliyyətlərində iştirak etmələri istənilə bilər, həmiçinin, Təşkilatçının  mükfat sahiblərinin ad və ünvanlarını, foto, audio və ya video formatda olan məlumatlarını promosyonal materiallarda istifadə etmək hüququ vardır. Qaliblərdən əlavə lazımi tədbirlərdə iştirak etmələri tələb edilə bilər.

9.10 Daxil olunan Şəxsi məlumatlar daim dəqiq qalacaqdır. Məlumatlarınızı tarixə uyğun saxlamalısınız ki, Təşkilatçı sizin mükafat qazandığnız təqdirdə sizi xəbərdar edə bilsin. Təşkilatçı məlumatlarınızın dəqiq olmadığı təqdirdə ondan istifadə etməyəcəkdir.

9.11 Təşkilatçı və əlaqədar şəxslər Promo aksiya ilə bağlı sizinlə e-mail, telefon və digər vasitələrlə əlaqə saxlaya bilər.

9.12 Siz istənilən vaxt Şəxsi məlumata düzəliş etməyi və ya onun bir qismini və ya hamısını silməyi tələb edə bilərsiniz. Belə hallarda, Təşkilatçı məlumatların silindiyinə əmin olmaq üçün lazımi tədbirləri görəcəkdir.

9.13 Sizin istənilən vaxt bizdə olan Şəxsi məlumatla bağlı informasiya tələb etmək hüququnuz vardır.

9.14 Siz məxviliklə bağlı suallarınızı vermək üçün email vasitəsilə Təşkilatçı ilə əlaqə saxlaya bilərsiniz: privacy@redbull.com 

 

10. ÖHDƏLİK VƏ ZƏMANƏT

 

10.1. Əgər qanunla icazə verilirsə, Təşkilatçı, onun işçiləri, agentləri və ya distributorları heç bir halda mükafat alıcısına kompensasiya vermək üçün məsuliyyət daşımır və Aksiyada iştirak səbəbindən baş verən hər hansı itki, xətər, şəxsi zədə və ya ölüm üçün heç bir öhdəlik daşımayacaq. Öhdəliklərin məhdudlaşdırılması fırıldaqçılıq, qəsdən edilmiş pis hərəkət və ya səhlənkarlıq üçün istisna ediləcəkdir. Sizin qanuni hüquqlarınız təsirə məruz qalmır.  

 

10.2. Təşkilatçı və Red Bull Qrupu hər hansı gəlir itkisi, mənfəət itkisi, rəğbət itkisi, məlumat itkisi, imkan itkisi (birbaşa və ya dolayı) və Sizin Aksiyada iştirakınızla əlaqədar qarşılaşdığınız hər hansı dolayı və ya nəticəli zərərlər və itkilər üçün Sizi bütün məsuliyyətdən azad edir, lakin əgər bu cür itkilər Təşkilatçı və Red Bull Qrupunun müqavilə üzrə və hüquqi öhdəliklərini yerinə yetirərkən üzləşdikləri uğursuzluqlar nəticəsində baş verdiyi hallara aid edilmir. Bu cür hallarda, Red Bull hələ də qüvvədə olan qanunla icazə verildiyi dərəcədə yuxarıdakı hallar üzrə öhdəliklərini məhdudlaşdırır. 

 

10.3. Təşkilatçı və Red Bull Qrupu bu hallarda məsuliyyət daşımayacaqlar: gec, itmiş, gecikdirilmiş, zədələnmiş, yanlış istiqamətləndirilmiş, natamam, oxunmaz və anlaşılmaz məlumatlar üçün; telefon, elektron, aparat və ya proqram təminatı, şəbəkə, internet və ya kompüter nasazlıqları, uğursuzluqlar, gecikmələr və çətinliklər üçün; ötürülmədə səhvlər; cəhd edilən, lakin qəbul edilməyən mükafat bildirişi; Aksiyaya daxil olan və/və ya daxil olmağa cəhd göstərən, yaxud Aksiyada iştirak edən hər hansı şəxsin üzləşdiyi itki, giriş məlumatlarının itməsindən, təqdim edilməməsindən, yanlış işlənməsindən və ya qalib gəlib gəlməməsindən asılı olmayaraq. 

 

10.4. Bu Aksiyada iştirak etmək üçün heç bir qanuni hüquq yoxdur. Əgər Siz hər hansı səbəb üzündən Aksiyada iştirak edə bilmirsinizsə, bu zaman Təşkilatçı məsuliyyət daşımır.  

 

10.5. Əgər Siz bu Aksiya ilə bağlı fəaliyyətləri icra edərkən özünüzə xətər yetirirsinizsə, bu zaman Təşkilatçı məsuliyyət daşımır. Siz təsdiq edirsiniz ki, Sizin heç bir şərtiniz yoxdur və Sizin Aksiyada təhlükəsiz şəkildə iştirakınıza mane olacaq və Sizi başqaları üçün riskli vəziyyətə salacaq heç bir şərait mövcud deyil. Siz, həmçinin razılaşırsınız ki, hər hansı bir səbəbdən Sizin Aksiyada iştirakınız qadağan olunmur. 

 

10.6. Heç bir halda, Təşkilatçı və Red Bull Qrupu onların nəzarətindən kənar şəraitlər və qüvvələr üzündən, qüvvədə olan qanunda nəzərdə tutulduğu kimi fors-major halları üzündən birbaşa və ya dolayı yolla bu Şərtlər çərçivəsində öhdəliklərinin icrası üzrə hər hansı uğursuzluq və gecikmə üçün məsuliyyət daşımayacaqlar. Bu cür səbəblərə üsyan xarakterli tətillər, iş dayanmaları, faciələr, təbii hadisələr, fasilələr, kommunal xidmətlərinin, rabitə və ya kompüter xidmətlərinin (proqram və aparat) itkisi və nasazlıqları daxildir, lakin bu səbəblər yalnız bunlarla məhdudlaşmır. 

 

10.7. Qanunla icazə verilən maksimum dərəcədə, Aksiyaya heç bir şərt, zəmanət və ya digər şərtlər tətbiq olunmur, bütün Pulsuz Məhsullar “olduğu kimi” açıq və ya nəzərdə tutulmuş hər hansı bir zəmanət olmadan (qənaətbəxş keyfiyyət və ya müəyyən məqsəd üçün uyğunluq zəmanəti daxil olmaqla) mükafatlandırılır. 

 

10.8. Əgər iştirak/mükafat üçün Qəyyumun təsdiqi tələb olunursa, bu zaman Təşkilatçı hər hansı bir öhdəliyi/məsuliyyəti istisna edir. Bu, yalnız Sizin məsuliyyətinizə daxildir. 

 

11. ÜMUMİ

 

11.1. Əgər Şərtlərin hər hansı bir müddəası etibarsız, qeyri-qanuni və ya icra edilməsi qeyri-mümkün olarsa, bu zaman Şərtlərin qalan müddəalarının etibarlılığı, qanuniliyi və tətbiq edilə bilmə mümkünlüyü heç bir halda təsirə məruz qalmayacaqdır. 

 

11.2. Bu Şərtlər Avstriyanın qanunlarına müvafiq olaraq idarə olunacaq və şərh ediləcəkdir və Tərəflər Vyana şəhər məhkəmələrinin qeyri-ekskluziv məhkəmələrinə tabe olacaqlar. 

 

11.3. Şərtlərin son versiyası üçün Təşkilatçının veb-səhifəsinə baxa bilərsiniz. 

 

11.4. Bu Şərtlərlə və/və ya bu Aksiya ilə bağlı ortaya çıxan ümumi suallar üçün info.az@redbull.com ünvanı ilə əlaqə saxlayın. 

 

Hazırlandı: 5 aprel, 2019